“ASG Sky Catering”-də aşpaz köməkçisi olaraq geniş təcrübə qazanmaq fürsəti
25.07.2024
ASG Sky Catering

“ASG Sky Catering”-də aşpaz köməkçisi olaraq geniş təcrübə qazanmaq fürsəti

“COP 29” çərçivəsində “ASG Sky Catering” komandasına aşpaz köməkçisi vəzifəsinə qoşul və peşəkar karyeranda aviasiyanın həyəcanverici dünyasının təcrübəsini qazan!

Müvəqqəti vakansiya: Aşpaz köməkçisi
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı l ASG Sky Catering
İş müddəti: 2 ay (Oktyabr-Noyabr)
İş qrafiki: növbəli (gündüz, gecə)
Cins: fərq etmir

Öhdəliklər:
• Tərəvəz və meyvələrin təmizlənməsi və doğranılması, hazırlanması, xəmirin yoğurulması, mətbəxdə digər lazımi kömək;
• İş sahəsində təmizliyinin təmin edilməsi;
• Məhsulların çeşidlənməsi və saxlanılması.

Tələblər:
• Məsuliyyətli və nizam-intizamlı olmaq;
• Komandada işləmək bacarığı;
• Fiziki olaraq yüklənməyə hazır olmaq;
• Böyük tədbirlərdə iş təcrübəsi arzuolunandır.

Bu, keyterinq sahəsində karyeraya başlamaq, peşəniz üzrə geniş təcrübə qazanmaq və müvəqqəti gəlir əldə etmək üçün əla fürsətdir.

Bizə qoşulmağa hazırsınız? Elə isə CV-nizi [email protected] elektron poçtuna göndərin və məktubun mövzusunda “Aşpaz köməkçisi” vəzifəsinin adını qeyd edin.