20 dekabr 2024-cü il tarixində “ASG” Şirkətlər Qrupunun nümayəndələri və Milli Aviasiya Akademiyasının tələbələri arasında şirkətin fəaliyyəti və iş imkanlarından bəhs edən görüş keçirilib. Görüşün əsas məqsədi məzun olacaq tələbələrin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təminatı, həmçinin gənclərə iş təcrübəsi əldə etmək imkanı yaratmaqdır. Bu əməkdaşlıq təşəbbüsü ASG-nin gənc istedadları yetişdirmək və akademiya ilə sənaye arasında güclü əlaqə yaratmaq öhdəliyini vurğulayır.
“ASG Business Aviation” MMC-nin Personalın seçimi və inkişafı şöbəsinin rəisi Ülviyyə Məmmədova tədbiri açıq elan edərək, şirkət haqqında vizual təqdimatla “ASG” şirkətlər qrupunun müxtəlif sahələrdə xidmətləri barədə tələbələrə geniş məlumat verib. Belə ki, Ü.Məmmədova qeyd edib ki,“ASG” Şirkətlər Qrupu “ASG Business Aviation” MMC və filialları: “Ground Handling Company”, ”Sky Catering”, “Logistics & Supply”, “Construction and Industry” və “ASG Helicopter Services” kimi şirkətləri özündə birləşdirir. Bu şirkətlərin fəaliyyətinə özəl təyyarələrin və helikopterlərin icarəyə götürülməsi, ölkənin mülki hava limanlarında biznes jetlərə, yük və sərnişin təyyarələrinə müxtəlif yerüstü, catering və təmizlik xidmətlərli daxildir.
Görüşdə “ASG” şirkətlər qrupunun İnsan resursları və ümumi kargüzarlığın təşkili üzrə Prezidentin müşaviri Səadət Hadıyeva çıxış edərək bildirib ki, müəssisələrimizdə hər hansı bir vakant yer olduqda, ilk növbədə Milli Aviasiya Akademiyasının məzunlarının namizədliyinə baxılır və onların öz ixtisasları üzrə işlə təmin olunmasına üstünlük verilir.
“ASG Business Aviation” MMC-nin İnsan resurları idarəsinin rəisi İrina Vəliyeva çıxış edərək, tələbələri məzun olduqdan sonra işə müraciət qaydaları və namizədlərin seçilməsi qaydaları haqqında maarifləndirib. Vakansiyalara müraciət edən şəxslər arasında başlıca olaraq akademiyanın tələbələrinə üstünlük verildiyini bir daha vurğulayıb.
“ASG Business Aviation” MMC-nin “Ground Handling Company” filialının Sərnişin xidməti departamentinin rəisi Xalid Babayev özünün də MAA-nın yetirməsi olduğunu qürurla vurğulayaraq, SXD (Sərnişin xidməti departamenti) işi barədə tələbələrə geniş məlumat verib və onlarla birlikdə çalışmağa hazır olduğunu bildirib.
“ASG Business Aviation” MMC-nin Daxili Audit İdarəsinin meneceri Ziya Mikayılov tələbələrə maliyyə və audit sahəsində əməkdaşlıq etməyə hazır olduğunu bildirərək, onlara dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“ASG Business Aviation” MMC-nin “Ground Handling Company” filialının Perron xidməti departamentinin rəis müavini Elçin İsmayılov da departament işçilərinin cox hissəsinin MAA-nın məzunlarının olmasını qeyd edərək, məzun olacaq tələbələri də vakant olan vəzifələrə müraciət etməyə səsləyib.
Tədbir boyunca “ASG” Şirkətlər Qrupunun nümayəndələri tələbələrin suallarını cavablandırıb və fəal tələbələr “ASG Şirkətlər Qrupu” tərəfindən sertifikatlara layiq görülüblər.
Sonda “ASG” Şirkətlər Qrupunun nümayəndələri görüşün təşkili üçün MAA-nın bütün heyətinə təşəkkür bildirərək, işlərində uğurlar arzuladılar.
Qeyd edək ki, ASG Şirkətlər Qrupuna vakansiya ilə bağlı müraciət üçün CV nümunəsini [email protected] elektron ünvanına göndərməklə karyera imkanlarından faydalana bilərsiniz.