Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında könüllü olaraq fəaliyyət göstərən bir qrup gənc ilə “ASG Şirkətlər Qrupu”nun rəhbər heyəti tərəfindən təltifetmə mərasimi ilə bağlı görüş keçirilib.
COP29 tədbiri zamanı könüllülər “ASG Business Aviation” MMC-nin “ASG Sky Catering” və “ASG Ground Handling Company” filiallarının əməkdaşları ilə birgə çalışaraq, hava limanında yerləşən müvafiq ərazilərdə könüllülük fəaliyyətləri göstərərək tədbirin ən yüksək səviyyədə təşkil edilməsinə dəstək vermişdilər.
Təltifetmə tədbirində çıxış edən “ASG Şirkətlər Qrupu”nun Layihələr və İnzibatı məsələlər üzrə Vitse-prezidenti Zaur Nəsirov, İnsan resursları və ümumi kargüzarlığın təşkili üzrə Prezidentin müşaviri Səadət Hadıyeva, “ASG Business Aviation” MMC-nin İnsan resurları idarəsinin rəisi İrina Vəliyeva, Personalın seçimi və inkişafı şöbəsinin rəisi Ülviyyə Məmmədova, “ASG Business Aviation” MMC-nin “ASG Ground Handling Company” filialının Sərnişin xidməti departamentinin rəisi Xalid Babayev, Sərnişin aviadaşınmalarının təşkili xidmətinin rəisi Ruslan Həsənov və xidmət rəisinin müavini Elvin Allahverdiyev könüllülərə çalışdıqları əməkdaşlarla çiyin-çiyinə uğurla fəaliyyət göstərdikləri üçün minnətdarlıqlarını bildirərək, COP29 zamanı qazandıqları təcrübənin onların gələcəkdə peşəkar kimi formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Görüşdə könüllü olaraq fəaliyyət göstərən bir qrup gənc, öz təcrübələrini onlarla bölüşdüklərinə və dəstəyə görə “ASG Şirkətlər Qrupu”nun əməkdaşlarına öz minnətdarlıqlarını bildirmişdilər.
Sonda Vitse-Prezident Zaur Nəsirov könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzu edərək, COP29 tədbirində Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyətlərini uğurla başa vurduqları üçün Təşəkkürnamələr təqdim etmişdir.