"ASG Sky Catering" komandasına qoşulun!
12.06.2025
ASG Sky Catering

"ASG Sky Catering" komandasına qoşulun!

"Aviation Services Group"-a daxil olan "Sky Catering" komandasına peşəkar əməkdaşlar axtarılır. Vakansiyalar həm yerli, həm də xarici mütəxəssislər üçün açıqdır.

Hazırda aşağıdakı vəzifələr üzrə vakansiyalar mövcuddur:
  1. Sousların hazırlanması üzrə aşpaz (Sauce Chef)
    Souslar üzrə ixtisaslaşmış, yeməklərə xüsusi dad və fərqlilik qatan, yüksək keyfiyyətli souslar hazırlamaq bacarığı olan mütəxəssis.
  2. Çörəkçi  Müxtəlif növ çörək və xəmir məhsullarının hazırlanmasında təcrübəli və yaradıcı mütəxəssis.
  3. Soyuq mətbəx aşpazı
    Salat, qəlyanaltı və digər soyuq yeməkləri estetik və dad baxımından yüksək səviyyədə hazırlaya bilən aşpaz.
  4. Qənnadçı - Şirniyyatçı
    Tort, desert və digər şirniyyatların hazırlanmasında peşəkar, estetik zövqə malik və yaradıcı mütəxəssis.

İş Şəraiti:
  • İş yeri: Bakı şəh., Heydər Əliyev Beynəlxalq Aeroportu;
  • Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir;
  • Müasir və tam təchiz olunmuş mətbəx şəraiti;
  • Beynəlxalq standartlara uyğun iş mühiti;
  • "ASG Group" çərçivəsində peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
"ASG Sky Catering" komandasına qoşulun!