“ASG Şirkətlər Qrupu” “Böyük mühasib” və “Xərclər üzrə nəzarətçi” vakansiyalarını elan edir
08.08.2024
ASG Business Aviation

“ASG Şirkətlər Qrupu” “Böyük mühasib” və “Xərclər üzrə nəzarətçi” vakansiyalarını elan edir

“ASG Şirkətlər Qrupu” “Böyük mühasib” və “Xərclər üzrə nəzarətçi” vakansiyalarını elan edir.

BÖYÜK MÜHASİB

Əsas öhdəliklər:
 
  • Maliyyə analizinin aparılması və lazım olduqda rəhbərlik üçün hesabatların hazırlanması.
  • Ayın sonunda yoxlamaların və jurnallara qeydlərin aparılması kimi mühasibatlıq əməliyyatlarının həyata keçirilməsi.
  • Rəhbərlər tərəfindən baxılması üçün maliyyə hesabatlarının və bəyanatların tərtib edilməsi.
  • Büdcənin hazırlanmasında və təyin edilmiş hesablar üzrə xərclərin idarə edilməsində iştirak etmək.
  • Maliyyə uyğunsuzluqlarını təhlili etmək və effektiv həlləri barədə tövsiyələr vermək.
  • Ehtiyac olduqda digər mühasibləri iş fəaliyyətlərində düzgün yönləndirmək.
  • Lazım olan məlumatların verilməsi və tələb olunan sənədlərin hazırlanması ilə audit yoxlamalarının aparılmasına kömək etmək.
  • ERP sisteminin tətbiqində iştirak etmək.

Tələblər:
  • Maliyyə sahəsində ən azı bakalavr dərəcəsi / Mühasibat uçotu (MBA üstünlükdür).
  • ACCA (F7 və ya DipIFR), CFA, CIMA sertifikatların mövcudluğu böyük üstünlükdür.
  • Maliyyə və idarəetmə uçotu sahəsində ən azı 5 il müvafiq təcrübə, 2 il rəhbər vəzifəsində təcrübə (böyük audit şirkətlərində iş təcrübəsi üstünlükdür).
  • Microsoft Office, xüsusilə MS Excel-də mükəmməl kompüter bacarıqları.
  • Mühasibat və ya ERP proqram təminatı ilə iş təcrübəsi.
  • İngilis dilini yaxşı bilmək.
  • Müstəqil və komandada işləmək bacarığı.
  • Çoxlu tapşırıqları idarə etmək bacarığı və tapşırıq qrafikinə riayət etmək bacarığı.
  • Güclü analitik düşüncə və problemlərin həll edilməsi bacarığı.
İş şərtləri:

Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
İş qrafiki: Tam iş günü, həftədə 5 gün, 2 gün istirahət.
Metro stansiyasından xidməti nəqliyyatın mövcudluğu.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

XƏRCLƏR ÜZRƏ NƏZARƏTÇİ

Əsas vəzifələr:
 
  • Şirkətin satınalma fəaliyyətinə dair xərclərini və səmərəliliyini müəyyənləşdirmək;
  • Xərclərə nəzarət etmək və onların müəyyən edilmiş qaydalarına uyğun olaraq dəqiq qeydlər aparmaq;
  • Əvvəlki ilin büdcəsində olan fərqləri araşdırıb şərh etmək;
  • İnventarizasiya prosesində iştirak etmək və faktiki miqdar ilə sistem arasındakı fərqləri müəyyən etmək;
  • İtkiləri müəyyən etmək və səbəblərini izah etmək;
  • Məhsul və xidmətlərin satınalma qiymətlərinə nəzarət etmək, tez-tez müqayisələr aparmaq və onları mövcud cədvəllərə əlavə etmək;
  • Analiz üçün satınalma məlumatlarını toplamaq və tərtib etmək;
Tələblər:
 
  • Mühasibat uçotu, maliyyə və ya biznes sahəsində ali təhsil, mühasibat uçotuna və ya müvafiq sahəyə yönəlmiş şəxslərə üstünlük verilir;
  • Azərbaycan dilini sərbəst bilmək. İngilis və rus dillərini yaxşı səviyyədə bilmək üstünlükdür;
  • Mühasibat uçotu, mühasibatlıq və ya əlaqəli sahələrdə ən azı 3 il iş təcrübəsi;
  • Güclü kompüter bacarıqları; mühasibatlıq proqramları üzrə təcrübə, Microsoft Office, xüsusilə Excel-də güclü bacarıqlar;
  • Mühasibat uçotunun qabaqcıl təcrübələri, standartları və qaydaları haqqında bilik;
  • Çoxlu tapşırıqları yerinə yetirmək, prioritetləşdirmək və vaxtı səmərəli idarə etmək bacarığı.
İş şərtləri:

Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
İş qrafiki: Tam iş günü, həftədə 5 gün, 2 gün istirahət.
Metro stansiyasından xidməti nəqliyyatın mövcudluğu.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Cost Controller" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.