“ASG Biznes Aviasiya” “MDB üzrə 2022-ci İlin Görkəmli Təchizatçısı” kimi qalib seçilib.
“2021-2022-ci ilin Görkəmli Təchizatçıları” xüsusi mükafatlandırma mərasimi “UAS International Trip Support”-un təşkilatçılığı ilə Mayın 24-də Cenevrədə EBACE 2023-də baş tutdu.
“ASG Biznes Aviasiya” “UAS International Trip Support” tərəfindən müştəri rəyi, keyfiyyət və xidmət səviyyələrinin daxili qiymətləndirilməsi daxil olmaqla, bütün maraqlı tərəflərin dəyərləndirməsinə əsaslanan ciddi seçim prosesindən keçərək seçilmişdir.
Qaliblərin seçilməsi üçün əsas meyarlardan biri də operatorların göstədiyi yerüstü xidmət əməliyyatları zamanı xidmətin keyfiyyətinə dair doldurulan hesabatlarının nəticələri olmuşdur.
Qeyd edək ki, "ASG Business Aviation" regionda qabaqcıl təyyarələr parkının mülkiyyətçisi, tam geniş FBO-VIP xidmətləri və hava gəmilərinin idarəedilməsi sahəsində ən böyük özəl aviasiya mərkəzi olaraq fəaliyyət göstərir.